Kapitalın qiymətləndirilməsi metodları

Təcrübədə hər bir sahibkarın qarşısına, onun mül­kiyyətində olan kapitalın real bazar qiymətinin müəyyən edilməsi zəruriliyi çıxır. Buna peşəkarların dili ilə «biznesin qiymətləndirilməsi» deyilir. Bu za­man «əsaslandırılmış bazar dəyəri» anlayışından istifadə olunur. Əsas­lan­dırılmış bazar dəyəri dedikdə satıcının öz əmlakını kiməsə satdığı qiymət nəzərdə tutulur. Firmalar (müəssisələr) özlərinə məxsus olan əm­lakı satarkən, onların qiymətləndirilmə-sinin aşağıdakı metod­ların­dan istifadə edirlər:
1) Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə;
2) Ba­zar konyukturası nəzərə alınmaqla qiymətləndirmə;
3) Xərclər nəzərə alınmaqla qiymətləndirmə.

Birinci metodun mahiyyəti ondan ibarətdir ki, əm-laka qiymət qoyularkən, gələcəkdə əldə edilməsi mümkün olan gəlirlər nəzərə alınır. Ikinci metodda isə eyni obyekt-lərin satılması həyata keçirilərkən müqa­yisəetmədən istifa-də olunur. Başqa sözlə, eyni təyinatlı hər hansı bir ob­yektin satış qiymətinə istinad olunur. Xərclər nəzərə alınmaqla qiymət­ləndirmə metodunda isə əvvəlcə əmlakın işlənmə müddətində məhsulun üzərinə keçirdiyi dəyər müəyyən edilir, sonra isə təkrar istehsalı və ya dəyişdirilməsi üçün zəruri olan xərclər təhlil olunmaqla ona qiymət qo­yulur.

Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu
daha geniş yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə gəlirlərin kapitallaşdırıl­ması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütə­nasibdir. Yəni:
B D = R: r
Burada: BD – bazar dəyərini, R – illik gəliri, “r” isə gözlənilən gəliri göstərir.

Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gə­lir­lilik səviyyəsi, başqa sözlə, mənaca diskont də-rəcəsinə yaxın, lakin ona bərabər olmayan göstəricidir. Bu metod bir neçə il ərzində  sabit və dəyişməz məbləğdə gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu me­toddan da-şınmaz əmlakın qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində ayda 300 dollar kirayə alın­maqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir. Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600 dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.
Pul axınının uçotu (diskont edilməsi) metodu, ob-yekti (müəs­si­səni) satın alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun əsasında investisiya layihələrindən gələcək-də əldə ediləcək gəlir (%-lə) hesablanır. Bu zaman aşağıda-kı düsturdan istifadə olunur:
D = Dt: (1+r)
Burada: D – kapital aktivinin diskont  edilmiş cari dəyərini,  Dt – t qədər ilə bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gə­ləcəkdə əldə edilməsi nəzərdə tutulan gəliri; “r” – bank faizi norma­sını göstərir.
Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması, bu əmtəələrin istifa-dəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa çatdıqda onların qalıq də­yə­ri ilə satılması imkanları kimi parametrlər əsas götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın gələcək kon­yuktu-rasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazır-lanma­sındakı çətinliklərlə əlaqədardır.

Bazar konyukturası nəzərə alınmaqla qiymətləndir­mədə aşağı­dakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Söv­də­ləş­mə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür. Bu üsul­dan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyət­lə­ri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır. Bu za­man müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.

Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiy­mət təhlil olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; in­ves­tisiya kapitalı/mənfəət göstərici-lərindən istifadə edilir.
Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələr­də sabitləş­miş göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəə-tin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür. Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiy-məti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsas-lanır. Onun çatışmazlığı isə özünü müqayisə olu­nan şirkət-lər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə  aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyi-şən bazar kon­yukturasının nəzərə alınmamasında göstərir.

Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təs­hihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsa­sında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikili­lər, maşın­lar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir. Bu metodun üs-tünlüyü on­da­dır ki, o, mövcud aktivlərə əsaslanır. Onun ça-tışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinlik­lərlə əlaqədardır.
Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə təcrübəli eks-pertləri də cəlb edirlər.
Əsas kapitalın istehsal prosesində uzun müddət isti-fadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır.
Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alın-ması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.
Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir.
Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur.
loading...

0 şərh