Şimali Amerika

Şimali AmerikaŞimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var.
Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut.
Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida.
Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq)
Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska.
Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq.
Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur.

Şimali Amerikanın relyefi


Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. (əsas şərqdə). Bu düzənliklərin üzəri qədimdə buzlaşmaya məruz qalıb. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədəir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşib. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşib.
Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşib. Bu dağlar qədim olduğundan hündür deyil.
Kordilyer dağları — materikin qərbində Sakit okean sahilində yerləşib. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şm. Amerika tavalarının toqquşduğu ərazidə yerləşib. Bu dağlar 3 hissədən ibarətdir:
1. Şərqi və ya Qayalı dağlar,
2. Qərb və ya Sakit okean qurşağı,
3. Daxili qurşaq (Böyük hövzə yaylası).
Şimali Amerikanın relyefi
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır.
Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır.
Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-85 m)
Vulkanları. Orisaba, Taxumulko, Reynir.
Faydalı qazıntılar. Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şm.Amerika platformasının çökmə süxurlarında yayılıb. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.

Şimali Amerikanın iqlimi




Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir:
1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır.
2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur.
3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır.
4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranıb.
5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir.
6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu isti yay rütubətli, qış quraq olur.

Daxili sular


Çayları 3 hövzəyə aiddir.
I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır.
II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur. Bu çaylar üzərində iri kanyonlar və SES-lər var.
III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir.
Gölləri. Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir.
Materikin daxilində göllər dayaz və duzludur. Məsələn Böyük Duzlu (və ya şor), Yuta və s.

Şimali Amerikada təbii zonalar


Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır:
1. Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır.
2. Tundra zonası — Subtropik iqlim qurşağında yerləşib. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır.
3. Meşə tundra zonası — iynəyarpaqlı ağaclardan ibarətdir
4. Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir.
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s.
b) Qarışıq meşələr — Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir.
c) Enliyarpaq meşə zonası Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur.
d) Materikin cənub-şərqində Atlantik okeanı sahilində sarı və qırmız torpaqlar üzərində rütubətli həmşəyaşıl meşələr yayılıb.
Sakit okean sahili meşələrində hündürlüyü 100 m, diametri 9 m olan həmişəyaşıl sekvoyya (mamont) ağacı bitir.
5. Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşıb.
6. Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm.Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur.
7. Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir.
8. Savanna və həmişəyaşıl rütubətli meşələr-materikin cənubunda qırmızı-qonur və sarı torpaqlar üzərində formalaşıb.
Əhalisi — 400 mln nəfərdir. Əhali buraya 25-40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlib. Onlar monqoloid irqinə mənsub idi. Şm.Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür.
Siyasi xəritəsi. Şm Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin IEÖ-ləridir.
Şimali Amerikanın təbiəti çox gözəldir(Böyük Kanyon):

Həmçinin bax:
Şimali Amerikanın tədqiqat tarixi
Cənubi Amerika haqqında
 

1 şərh

Robotnik
kayzen.az saytınada sizədə təşəkkürlər.qələm tutan əliniz yorulmasın