Antarktida-buzlu diyar

Antarktida materikinin sahəsi 14 mln. 110 kv.km, adalarının sahəsi 22 min kv.m.-dir Orta hündürlük 2040 m, ən yüksək zirvəsi 5140 m hündürlüyə malik olan Vinson massivində ən ucqar şimal nöqtəsi isə Antarktida yarımadasında yerləşir. Vinson massivində Elsert (5140 m), Ceksonda Antarktida yarımadası (4191 m), Mintoda Viktoriya torpağı (4169 m), Menzisdə Şahzadə Çarlz (3355 m) materikin ən hündür zirvələridir. Rossada Erebus ən hündür (3794 m) vulkanı, Cənubi Qeorqiya (3755 kv.km.), Şotland adaları (2300 kv.km.), Cənubi Sandviç (37 kv.km.) adaları materikdən kənar ən böyük torpaqları sayılır.
1820-ci ildə Z.Z.Bellinshauzen və M.P.Lazaryev tərəfindən kəşf olunmuş materik getdikcə müxtəlif ölkələrin alimləri tərəfindən daha dəqiqliklə təmin olunmuş və hər dəfə yeni nəticələr əldə edilmişdir.
1899-cu il fevralın 17-də Norveç ekspedisiyasının üzvü Karsten Borxqrevink materikdən analiz üçün süxur nümunələri götürmək üçün Antarktidanın Edar burnuna ayaq basmışdır. Bu dövrdən sonra materikin tədqiqi getdikcə sürətlənmişdir. Ən geniş tədqiqat işləri 12 dövlət tərəfindən qəbul olunmuş Beynəlxalq geofizika ilində olmuşdur. Geofizika ilini 1.VI.1957-31.XII.1958-ci il ərəfəsində keçirmək nəzərdə tutulmuşdur. Vaxtın bu tarixlərdə seçilməsi günəşin aktivliyinin y üksək olması ilə bağlı olmuşdur.
1955-ci il 30 noyabr tarixində «Ob», arxasınca «Sena» ekspedisiya gəmiləri Antarktidaya tədqiqat aparmaq üçün yola düşür. 1956-cı ilin fevralında 660337 cənub, 930 şərq uzunluğunda «Mirnıy» cənub qütb stansiyası yaradılır. Az sonra tədqiqat işlərini genişləndirmək məqsədilə oazis, Pionerskaya, Vostok-1, Sovetskaya, Komsomolskaya stansiyaları yaradıldı. Həmin dövrdə digər ölkələr də stansiyalar yaratsalar da materikdə ən hündür məntəqə (3700 m) və sahildən uzaqdan (1420 km) yerləşən Sovetskaya stansiyası oldu.
ABŞ cənub qütbündə əvvəlcə Mak-Myordo, daha sonra isə coğrafi qütbündən kənarda bir neçə stansiya yaratdı.
Fransızlar Adeli torpağında iki, Avstraliyalılar Mak-Robertson, Norveçlər Şahzadə Mod torpağında, ingilislər isə Uedella dənizinin sahilində öz elmi-tədqiqat stansiyalarını qurdular. Təşkil olunmuş stansiyalarda ağ materikin atmosfer sirkulyasiyasına təsiri və onun yer kürəsinin iqliminin formalaşmasında rol öyrənilməyə başlanıldı. Getdikcə aparılan elmi-tədqiqat işləri şaxələnməyə başladı. Stansiyalarda geoloqlar süxurları öyrənməklə materikin əmələgəlmə xüsusiyyətlərini, geofiziklər qütbdə daha aydın müşahidə edilən sahələrdə maqnit qasırğalarını, qütb parıltısını, bioloqlar fauna və floranı öyrənməklə məşğul olurdular. Lakin materikin bütövlükdə buz altında yerləşməsi onun haqqında bu gün də tam elmi məlumatlara əsaslanan nəticələrə gəlməyə imkan vermir. Alimlərin fikrincə insanlar ayın görünən hissəsi haqqında Antarktidanın mərkəzi hissəsinə nisbətən daha çox məlumata malikdirlər.

Uedella sea,Antarctida
Geoloji baxımdan Antarktida alimlər tərəfindən iki qeyri bərabər sahəyə bölünür. Onun üçdə ikisi şərq, üçdə biri isə qərbə düşür. Bu bölgülər arasında sərhəd meridian istiqamətində Uedella dənizindən Rossa dənizinə qədər olan məsafə götürürlər.
Rusların Hind okeanı sahillərindən cənuba doğru 375 km məsafədə apardıqları tədqiqatlara əsasən, buzun qalınlığı ilə əlaqədar olaraq ağırlıq qütbə doğru artdığından materik nəlbəki formasındadır. Bu baxımdan Şumskinin fikrinə görə, belə olan halda buzlaqların həcmi fikirləşdiyimizdən iki dəfə çox olmalıdır. Materikin digər sahələrində də qalın buz qatının altında qurunun dəniz səviyyəsindən aşağıda yerləşməsi aşkar edilmişdir. Belə olduğu halda, Antarktidanın əsil materik olmaması fikri meydana çıxır. Deməli, o adalar arxiplaqından ibarət buzla örtülərək birləşmiş, bütöv şəkildə görünən materikdir. Belə demək mümkündürsə buzlaqlarda bir-birinə birləşmiş arxipelaqdır.
Aparılmış tədqiqat işlərinin nəticələrinə görə buzlaqlar mərkəzdə daha qalın və ağır olması ilə əlaqədar olaraq kənarlara doğru 30-45 m/ il sürətlə hərəkət edir.
Tədqiqatçıların fikrinə görə Antarktida həmişə buzla örtülü materik olmamışdır. Materikdə zəngin daş kömür yataqlarının olması və rusların Horn Blaf burnunda süxurlar üzərində isti ölkələrə məxsus enliy arpaqlı ağac yarpaqlarının izlərinin müəyyən etməsi bunu bir daha təsdiq etmişdir. Tədqiqatların nəticələri düzgün sayılarsa materiklərin divirgent və konvergent hərəkətləri nəticəsində yerlərini dəyişməsi fikri əsaslandırılmış olur. Deməli bir vaxtlar isti iqlim şəraitinə malik olan Antarktida yerdəyişmə nəticəsində, başqa bir yerdə müşahidə olmayan mənfi 88,30 temperatura malik soyuq bir materikə çevrilmişdir.
Antarktida sülh kontinentidir. Onun ərazisindən hərbi məqsədlər üçün istifadə qadağandır. Heç bir dövlətin materikin kiçik bir hissəsini belə «öz torpağı» kimi elan etməyə icazəsi yoxdur. Materik bütün bəşəriyyətə məxsus olmaqla, ondan ancaq elmi məqsədlər üçün istifadə olna bilər. Hüquqi cəhətdən onun toxunulmazlığı 1 dekabr 1959cu il tarixində Beynəlxalq müqavilə əsasında tənzimləndirilmişdir.
Antarktidada elmi-tədqiqat işləri aparmaq çox çətindir. Burada şaxtadan metal çatlayır, benzin qatılaşır. Tədqiqatçılar elektrikqızdırıcılara malik paltarlardan istifadə etməklə, üzlərini isti maska ilə örtürlər. Bütün çətinliklərə baxmayaraq, müxtəlif dövlətlər tərəfindən hava, atmosferin yuxarı qatları, maqnit sahəsi, günəş radiasiya hadisələrinin intensivliyi, qarın toplanma və dağılma prosesləri ilboyu öyrənilməkdə fasiləsiz olaraq davam etdirilir.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

1 şərh