Рейтинг
0.00

Materiklər və qitələr

18 üzv, 7 topik

Antarktida-buzlu diyar

Antarktida materikinin sahəsi 14 mln. 110 kv.km, adalarının sahəsi 22 min kv.m.-dir Orta hündürlük 2040 m, ən yüksək zirvəsi 5140 m hündürlüyə malik olan Vinson massivində ən ucqar şimal nöqtəsi isə Antarktida yarımadasında yerləşir. Vinson massivində Elsert (5140 m), Ceksonda Antarktida yarımadası (4191 m), Mintoda Viktoriya torpağı (4169 m), Menzisdə Şahzadə Çarlz (3355 m) materikin ən hündür zirvələridir. Rossada Erebus ən hündür (3794 m) vulkanı, Cənubi Qeorqiya (3755 kv.km.), Şotland adaları (2300 kv.km.), Cənubi Sandviç (37 kv.km.) adaları materikdən kənar ən böyük torpaqları sayılır.


Ardı →

Şimali Amerika

Şimali AmerikaŞimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Davamı →

Avrasiya

Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejinyov burnu.
Avrasiya 4 yarımkürədə yerləşib. Avrasiya ekvatordan şimalda, bəzi adaları isə ekvatordan cənubda yerləşib. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşib. O, bütün okeanlarla həmsərhəddir. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.Avrasiya materiki
Adalar-Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Sardiniya, Kipr, Krit, Şri-Lanka, Kuril, Yapon, Saxalin, Böyük Zond adaları.
Yarmadalar –Skandinaviya, Priney, Apennin, Balkan (Avropada) Kiçik Asiya, Ərəbistan, Hindistan, Hind-Çin, Koreya, Kamçatka, Çukot, Taymır (Asiyada)
Körfəzlər: Biskay, Fin, Botnik, Iran, Benqal, Ədən, Siam.
Dənizlər –Azov, Qara, Mərmərə, Egey, Aralıq, Adriatik, Şimal, Baltik (Atlantik okeanı), Barens, Norveç, Ağ, Kara, Laptevlər, Şərqi-Sibir, Çukot (Şm.Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi və Cənub-Şərqi Çin (Sakit okean), Ərəbistan, Andaman, Qırmızı (Hind okeanı).

Avrasiyanın relyefi


Avrasiya qədim Lavraziya materikinin 1 hissəsidir. Avrasiya-şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarının birləşməsindən yaranıb. Sonralar bura Qondvananın hissələri olan Ərəbistan və Hindistan tavaları birləşib. Məhz bu tavaların qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir. Nəticədə Atlantik okeanından Sakit okeana qədər ərazidə Alp-Himalay geosinklinal qurşağı yaranmışdır. Bu qurşağa Pireney, Appenin, Alp, Dinar, Balkan, Karpat, Krım, Qafqaz, Pond, Tavr, Elbrus, Kapetdağ, Pamir, Hindiquş, Karakorum, Himalay dağları daxildir. Bu dağlar cavan olduğundan burada tez-tez vulkanlar püskürür (Yalnız Aralıq dənizi sahillərində) və zəlzələlər baş verir. Ikinci dağlıq qurşaq materikin şərqində Avrasiya və Sakit okean tavalarının toqquşduğu sahədədir. Burada hündür dağlarla yanaşı, dərin okean çökəklikləri və adalar var. Kamçatka yarmadasından Böyük Zond adalarına qədər uzanan bu qurşaq Sakit okean dağlıq (odlu) qurşağı adı ilə tanınır. Bu qurşaqda da tez-tez zəlzələ və vulkanlar olur. Avrasiyanın ən uca vulkanı Klyuçeviskaya Sopka (4750m) bu qurşaqdadır. (Kamçatka yarımadasında)
Vulkanlar. Krakatau, Fudziyama, Hekla, Vezuvi, Etna Klyuçeviskaya Sopka və s.
Avrasiyadan bəzi dağlar qədim olduğundan hündür deyil. Bura Skandinaviya, Tyan-Şan, Altay, Ural dağları, Qazaxıstan xırda təpəliyi aiddir. Onların bəzisində məs. Tyan-Şan, Ural, Altayda yenidən qalxma prosesi gedir.
Düzənliklər. Avrasiyanın ən qədim sahəsi Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi platforma üzərində yerləşib. Ərəbistan və Dekan yaylaları da qədimdir. Sahil zolağında çoxlu ovalıq var. Hind-Qanq, Mesopotomiya, Qərbi Sibir, Orta Dünay, Kür-Araz və s.
Qədim materik birləşməsi Avrasiyanın relyefinə onun şimal hissəsini (Skandinaviya və Kola yarımadaları, Novaya Zemlya adası) tutmuş qədim buzlaşma böyük təsir göstərmişdir. Bu buzlaşma nəticəsində bir sıra dağlar hamarlanmış, daimi donuşluq sahələri yaranmış, buzlaq əridikdən sonra isə moren təpələri və çökəkliklər formalaşmışdır. Bu çökəkliklərdə buzlaq mənşəli göllər formalaşmışdır.
Avrasiyanın ən hündür zirvəsi Himalay dağlarındakı Comolunqma (Everest) dağıdır. Hündürlüyü 8848 m-dir. Ən alcaq yeri Ölü dənizin sahillərindədir (-395 m). Bu ərazi dünyada ən dərin quru çökəkliyi sayılır.
Faydalı qazıntıları: Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır. (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqlar var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir.Qərbi Sibir, Volqa-Ural, Iran körfəzi, Şimal dənizi neft və qazın əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Pecora, Kuznetsk, Kansk-Acinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa ( Yuxarı Sileziya), Almaniya (Rur), Çin, Hindistan v s.-dir.

Avrasiyanın iqlimi


Avrasiyanın iqlimi başqa materiklərdə olduğundan çox müxtəlifdir. Buna səbəb ərazinin çox böyük olması, relyefin müxtəlifliyi və daxili hissənin okeanlardan çox uzaqlaşmasıdır. Şimal yarımkürəsinin ən soyuq yeri Oymyakon -710S buradadır. Ekvatordan qütbə doğru getdikçə temperatur aşağı düşür. Avrasiyanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının rolu böyükdür. Materikin şimalında və qərbində dağlar olmadığından bu okeanlardan gələn hava kütlələri maneəsiz olaraq materikin daxili hissələrinə qədər irəliləyir. Xüsusi ilə Avropanın iqliminin formalaşmasında qərbdən (Atlantik okeanından) gələn dəniz hava kütlələri mühüm rol oynayır. Şərqdən və cənubdan hündür dağların olması Hind və Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okean və quru arasında kəskin təzyiq fərqinin yaranması nəticəsində Şərqi və Cənub-Şərqi Asiyada güclü tayfun küləkləri yaranır.
Avrasiyanın təbiəti
Avrasiya bütün iqlim qurşaqlarında yerləşib:
1. Arktik qurşaq-materikin ucqar şimalını və Şm.Buzlu okeanındakı adaları əhatə edir. Il boyu arktik hava kütləsi hakimdir. Təzyiq yüksək, hava enən hərəkətli, il boyu quru və soyuqdur. Bu qurşaqda arktik səhra təbii zonası formalaşıb.
2. Subarktik qurşaq — materikin şimalında nazik zolaq əmələ gətirir. Yay rütubətli, mülayim, qış quru və soyuq olur. Daimi donuşluq və ifrat nəmlənmə nəticəsində burada bataqlıqlar geniş sahə tutur. Bu qurşaqda tundra və meşə-tundra kimi təibii zonalar formalaşıb.
3. Mülayim qurşaq Avrasiyada mövcud olan ən geniş iqlim qurşağıdır. Qərbdən şərqə doğru 4 iqlim tipi yaranır. Buna səbəb Atlantik hava kütlələrinin materikin daxilində təsirinin zəifləməsi, kontinentallığın artmasıdır.
a) materikin qərb kənarında Avropada-mülayim-dəniz,
b) Şərqi Avropadan Ural dağlarına qədər mülayim-kontinental;
c) Materikin daxilində (Orta Sibir yaylası və Mərkəzi Asiyada) kontinental;
d) Sakit okean sahillərində musson iqlim tipləri yaranır.
Avrasiyanın mülayim iqlim qurşağında-iynəyarpaq, enliyarpaq, qarışıq və musson meşələri, çöl, meşə-çöl, yarımsəhra və səhralar kimi təbii zonalar formalaşıb.
4. Subtropik qurşaq daxilində 3 iqlim tipi var:
a) materikin qərbində (Xəzərə qədər) yayı isti və quru, qışı mülayim və rütubətli Aralıq dənizi iqlimi;
b) materikin daxilində kontinental;
c) Şərqdə musson iqlim tipi var. Bu qurşaqda cod yarpaqlı meşə və kolluqlar, yarımsəhra və səhralar, musson meşələri kimi təibii zonalar formalaşıb.
5. Tropik qurşaq – musson küləklərinin təsiri nəticəsində Avrasiyada tam zolaq əmələ gətirmir. Bu qurşaq yalnız Ərəbistan yarımadası və Iran yaylasının cənubunu əhatə edir. Hava il boyu isti və quru olduğundan səhralar geniş yayılıb.
6. Subekvatorial qurşaq — musson iqlim tipli olub, Hindistan və Hind-Çin yarımadalarını əhatə edir. Musson küləklərinin təsiri nəticəsində şimalda tropik yox, subtropik iqlim qurşağı ilə həmsərhəddir. Bu qurşaqda musson tipli meşələr və savannalar formalaşıb.
7. Ekvatorial qurşaq-rütubətli ekvatorial meşələrdə örtülü olan Indoneziya adalarını əhatə edir.
Asiyada bütün, Avropada isə arktik, subarktik, mülayim və subtropik iqlim qurşaqları var.

Avrasiyanın çayları


5 hövzəyə aiddir.
  1. Atlantik okeanın çayları-Sena, Dnepr, Dnestr, Don. Reyn, Rona, Po, Ebra, Dunay, Elba, Oder, Visla və s. Bunlardan ən uzunu və daha çox çirklənmişi Dunaydır.
  2. Sakit okean hövzəsinin çayları –Amur, Xuanxe, Yansızı, Mekonq və s. Musson iqlim qurşağında yerləşdiyindən yağış suları ilə qidalanırlar. Əsasən yayda bol sulu olur. Ən uzun çayı Yansızdır.
  3. Hind okeanın çayları-Dəclə, Fərat, Hind, Qanq, Braxmaputra. Yağış və buzlaqlarla qidalanır.
  4. Şimal Buzlu okeanın çayları — Peçora, Ob, Irtış, Yenisey, Lena və s. Daimi donuşluq və rütubətlik əmsalı vahiddən böyük olduğundan bu çaylar il boyu bol suludur. əsasən qar və yağışla qidalanır, qışda donurlar.
  5. Daxili axarsız hövzənin çayları – əsasən 2 hövzəyə aiddir:
    a) Kür, Volqa, Terek, Ural, Emba, Samur-Xəzər tökülür və bu çayların hamısının mənsəbi okean səviyyəsindən aşağıda yerləşir.
    b) Amudərya və Sırdərya isə Aral dənizinə tökülürlər. əsasən hündür dağlardan başladıqlarından buzlaqla qidalanırlar.
Avrasiyanın ən uzun çayları- Amur, Xuanxe, Yansızı, Mekonq, Volqa (Avropanın ən uzun çayı): ən bol sulu çayları isə Qanq və Yansızıdır.
Avrasiyanın gölləri — əsasən Şimali Avropada (Skandinaviya, Finlandiya və Koreliyada) daha çoxdur. Buna səbəb qədim buzlaqların fəaliyyəti nəticəsində yaranan çökək relyef formalarnıın geniş yayılmasıdır. ən iri gölləri-Xəzər, Venerin, Balaton, Cenevrə, Boden, Ladoqa, Oneqa (Avropada); Aral, Sevan, Tuz, Van, Urmiyə, Baykal, Balxaş, Issık-kul (Asiyada).

Avrasiyanın təbii zonaları


Dünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var:
1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
2-3. Tundra və meşə tundra zonası — Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
4. Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır:
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr — torpaqları çimli-podzoldur.
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir.
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
5-6. Meşə-çöl zonasıÇöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb.
12. Ekvatorial meşələr — əsasən Böyük Zond adalarını əhatə edir.
Əhalisi — Dünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır.
Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.
Avropanın ucqar nöqtələri: şimalda — Nordkin burnu, cənubda — Marokko burnu, qərbdə – Roka burnu, şərqdə — Qütb Uralı.
Asiyanın ucqar nöqtələri: şimalda — Çelyuskin burnu, cənubda — Piay burnu, qərbdə – Baba burnu, şərqdə – Dejnyov burnu.
Davamı →

Cənubi Amerika

Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.
Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.


Ardı →

Avstraliya

Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
Avstraliya xəritəUcqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Adaları — Tasman, Kenquru, Kinq, Melvil v s.
Cərəyanları: — şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.

Avstraliyanın relyefi


Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.

Avstraliyanın iqlimi:


dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir.
Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:
  1. Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
  2. ropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var;
    a) rütubətli tropik iqlim
    -materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir.
    b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.
  3. Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
  4. Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.
Avstraliyada Ayers-Rok massivi

Çaylar


Avstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara “kriklər” deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur.
Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.

Avstraliyanın təbii zonaları


Avstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.
kenquru-Avstraliyan;n simvoluIqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.
Səhralar — Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.

Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
Okeaniya Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya — Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.
Davamı →

Afrika

Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
Davamı →

Antarktida

Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
Davamı →