İsaak Nyuton və alma əhvəlatı

Əslində alma Nyutonun başına düşməyibmiş...Bunu elm tarixində ən məşhur alma saymaq olar.
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu rəvayət məşhurdur:
Dahi ingilis alimi İsaak Nyuton bağda gəzərkən başına alma düşür və beləliklə o, Yerin cazibə qanununu kəşf edir.Amma sən demə bu rəvayət heç də 100 faiz doğru deyilmiş.

Britaniyanın Milli Elmlər Akademiyası alma əhvalatının əslində necə baş verdiyini Nyutonun dilindən eşitmiş fizik Vilyam Stukeleyin xatirələrini nəşr edib. («Guardian» qəzeti)Stukeleyin 1752-ci ildə Nyutonun həyatı haqqında yazdığı xatırələrin həcmi 100 səhifədir.Əvvəllər bu xatirələri yalnız arxivdə alimlər oxuya bilirdilər. İndi isə yazı İnternetə yerləşdirilib:
“...Nahardan sonra biz bağçaya getdik. Yaxşı hava vardı, alma ağaclarının kölgəsində əyləşib çay içməyə başladıq.
O mənə dedi ki, bax cazibə anlayışı da mənim ağlıma indiki kimi alma ağacları arasında gəlib. Onda yerə alma düşəndə mən öz-özümə düşünməyə başladım ki, görəsən, niyə almalar həmişə yerə perpendikulyar şəkildə düşür?”
«After dinner, the weather being warm, we went into the garden and drank thea, under the shade of some apple trees...he told me, he was just in the same situation, as when formerly, the notion of gravitation came into his mind. It was occasion'd by the fall of an apple, as he sat in contemplative mood. Why should that apple always descend perpendicularly to the ground, thought he to himself...»(royalsociety.org/turning-the-pages.)
Elmlər Akademiyasının kitabxana və arxiv bölməsinin rəhbəri Keyt Mur deyib ki, alimlər almanın Nyutonun başına düşməsi söhbətinin mənbəyini yaxşı bilirlər.
“Şübhəsiz ki, bu, Nyutonun “rəndələdiyi” və lətifəyə çevirdiyi bir söhbətdir.Biz sadəcə istəyirik ki, xalq bu xatirələri öz gözləriylə görsün.Amma hadisəni “rəndələyən” təkcə Nyutonun özü olmayıb, sonra gələn nəsillərin də bu işdə rolu olub”.

İndi Britaniyada və bir sıra başqa ölkələrdə Nyutonu «ilhamlandıran» alma ağacının «törəmələri» olduğu deyilən bir neçə ağac var.

2 şərh

pascal
Yerin cazibə qanununu almanın yerə düşməsiylə kəşf edibsə, bəlkə bu rəvayəti qoşanlar, almanın «başına düşməsini» məcazi mənada deyiblər. Yəni, «fikir ağlına gəlb» mənasında...Zamanaşımıyla məcazi mənadan çıxaraq, həqiqi mənada gəlib bizə çatıb. :)
azadmamedov90
hə- SAMAN DÜŞDÜ, ZAMAN ÖLDÜ )))