Borş

Tərkibi:
— 300 qram qaynadılmış ət;borş
— 1 ədəd çuğundur;
— 2 qaşıq kərə yağı;
— 1 ədəd soğan;
— 1 çay qaşığı şəkər tozu;
— 1 fincan un;
— 1 ədəd kök;
— 2,5 litr ət sousu;
— 1 ədəd kərəviz, 1 dəstə cəfəri;
— 1 kartof, 1 dəstə şüyüd;
— 1 ədəd pomidor;
— 320 qram kələm;
— 1 ədəd limon;
— 1 stəkan krem, 1 ədəd bibər.

Hazırlanması: 
Pomidorun qabığını soyduqdan sonra tumlarını çıxarıb doğrayın. Soğanı çəhrayı rəng alanadək qovurun,  üzərinə doğradığınız kök, kələm, bibər, kərəviz, qırmızı çuğundur və unu əlavə edib, yenidən 3-4 dəqiqə qovurun. Ət suyunu 10 dəqiqə qaynatdıqdan sonra üzərinə həmin qarışığı, kartofu, limon şirəsini, duzu, 1 çay qaşığı şəkər tozunu əlavə edib, təkrar 20 dəqiqə bişirin. Bişməkdə olan borşa xırda doğradığınız ət parçalarını və kremi əlavə edib, 2 dəqiqə də qaynadın. Borşun üzərinə şüyüd və cəfəri səpib süfrəyə verin. Nuş olsun!

1 şərh

seyidova
Allaha acıq getmesein en sevmediyim yemek bir borşdu belkede en birinci sonrada xaş ve piti.