Lahmacun

lahmacunTərkibi
Xəmir üçün:
-1 kq un; 
-1 paket yaş maya; 
-duz; 
-1 desert qaşığı şəkər tozu; 
-1/2 çay stəkanı maye yağ; 
-ala bildiyi qədər ilıq su.

İçi üçün:
-1/2 kq dana qiyməsi;
-1/2 dəstə cəfəri;
-4 ədəd pomidor;
-7 ədəd soğan;
-1 yemək qaşığı qırmızı istiot;
-3 qaşıq maye yağ;
-3 qaşıq tomat pastası.

Hazırlanması:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Yarım saat acımağa qoyun. Sonra içini hazırlayın. 1/2 kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə birlikdə qarışdırın.
Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra kürədə bişirin.
Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın. Nuş olsun! 

1 şərh

surawka
elaa, qesengdi, tewekkurler