Tiramisu

Tərkibi:Tiramisu
4 yumurta
100 q şəkər tozu
500 q maskarpone pendiri
250 q savoyardi (təxminən 34 ədəd)
350 ml qəhvə (əriyən və ya bişirilmiş)
kakao
2-3 x.q. şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)

Krem üçün:
Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.

Hazırlanması:
Savoyardiləri soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.

Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.

Süfrəyə verərkən üzərinə  kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.

0 şərh