Mimoza salatı

Ərzaqlar:Mimoza salatı
 
1 banka balıq konservası (qızılbalıq və yaxud sayra)- istəsəniz konservanı 200 qram suda bişirilmiş qızılxallı balıqla əvəz edə bilərsiz.
 1-2 ədəd bişmiş kök
 4-5 ədəd yumurta
 1 ədəd soğan
 mayonez
 duz, yeni döyülmüş istiot
 salatı bəzəmək üçün şüyüd
 
 Hazırlanma qaydası:
 
Konservanın suyunu süzüb, balığı çəngəllə əzin (bişmiş  qızılxallı balığı isə xırdalayın və yaxud çəngəllə əzin).
 Soğanı xırda-xırda doğrayın. Bişmiş yumurtaların sarısını ağından ayırıb, sürtkəcin iri gözündən keçirərək, ayrı-ayrı qablara düzün.
 Bişmiş kökü təmizləyib, sürtkəcin iri gözündən keçirin. Hazırladığınız ərzaqları  ardıcıllıqla salat qabına lay-lay düzün.
 1-ci lay: burda balıq konservi olur, sonra bir az istiot səpilib, mayonez çəkilir;
 2-ci lay: soğan yerləşdirin, duz, istiot səpib, mayonez sürtün;
 3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın ağı, duz, istiot;
 4-cü lay: sürtkəcdən keçirilmiş kök, duz, istiot, mayonez;
 5-ci lay: sürtkəcdən keçirilmiş yumurtanın sarısı, duz,mayonez;
 6-cı lay: yumurtanın ağı, duz və mayonez.
 Salatın üzərinə sürtkəcdən keçirilmiş yumurtanın sarısını səpin. Salatı mimoza gülü şəklində şüyüdlə  bəzəyib, soyuducuda saxlayın.
 Nuş olsun!

1 şərh

seyidova
Men başqa cür edirem mimozanı.Hemde men salatda balıq ve meyve sevmirem