Vişnəli pudinq

Tərkibi:vişnəli pudding
1 lt süd
3 yemək qaşığı düyü unu
1 stəkan şəkər tozu
1 yemək qaşığı kakao
1 yemək qaşığı nişasta
1 paket vanil
1 yemək qaşığı yumşaq marqarin
1 stəkan hazır vişnə sousu

Hazırlanması:
Dərin bir qazana südü tökün. Şəkər tozu, düyü unu ,kakao, nişasta və vanili əlavə edin. Orta dərəcədə qarışdıraraq tündləşənə qədər bişirin.
Pudinqi ocaqdan götürməmişdən əvvəl marqarini əlavə edib qarışdırın. Pudinqi götürüb ilıq olmağı üçün gözləyin. Sonra vişnə sousunu əlavə edib mikserlə 2-3 dəq çırpın. Sonra soyuducuya qoyun. Soyuduqdan sonra süfrəyə verin. Nuş olsun.

 

0 şərh