Zoğal mürəbbəsi

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı, sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə [malyariyaya] qarşı istifadə olunur. Zoğal mürəbbəsi soyuqdəyməni aradan qaldırır.

Tərkibi:
Zoğal – 1kq,
şəkər – 1,2kq.

Hazırlanması:
Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.

1 şərh

gulwan
ən xoşladığım mürəbbə :)) hələ soyuducuya qoyursan berkiyir sirəsi marmalad kimi olureeee mmmh mmmh :))