Şokoladlı piroq

Tərkibi:
 

  • 250 qram su
  •  130 ml bitki yağı
  •  180 qram şəkər tozu
  •  1 x.q. vanil
  •  1 x.q. kakao
  •  350-380 qram un
  •  1,5 ç.q. qabartma tozu
  •  100 qram kişmiş
  •  100 qram qoz ləpəsi, fındıq

 
Hazırlanma qaydası:
 

Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək  həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.
 
100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.
 
Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa  əlavə edərək, xəmir yoğurun.  Xəmir qatı xama kimi olmalıdır.
 
Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.
 
Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.
 
Xəmiri  qarışdırıb, forma qabına tökün.
 
Piroqu 180 dərəcə qızdırılmış sobada  45-50 dəqiqə ərzində bişirin.
 
Nuş olsun!

1 şərh

seyidova
Siz yene meni dünenki veziyyete getirirsiz. :(( dadlı görünür.