Yayla şorbası

Tərkibi:Yayla şorbası
1 stəkan qatıq
1 stəkan düyü
1/2 stəkan süd
1,5 xörək qaşığı un (təpələmə)
1 çay qaşığı kərəyağ
1 çay qaşığı nanə
1 çay qaşığı pul bibər
1 çay qaşığı tuzot (istəyə görə) Mən ləzzət qatdığını düşünürəm.
1 çay qaşığı təpələmə duz
5,5  stəkan su

Hazırlanması:
Qazanın içinə yuyulmuş düyünü, südü, qatığı qoyuruq. Çırpma teliylə ya da çəngəllə yaxşıca qarışdırırıq. Qazı  yandırırıq
5  stəkan suyu, unu və tuzotu əlavə edirik. Qarışdırmağa davam edirik. Şorba bişənə qədər başından ayrılmırıq. Qarışdırırıq.
Kiçik bir tavada 1çay qaşığı kərəyağını əridib içinə nanə və pul bibəri qoyuruq Yüngülcə  qarışdırırıq. Yağı yandırmırıq.
Şorba qatılaşmağa başlayır. Qaynadıqca daha da qatılaşacaq. Qaynamağa başladığında qazı zəiflətmək lazımdı. Şorbanın dadına baxırıq. Düyü bişmişsə şorba hazırdır. İçinə tavada nanə və bibərlə etdiyimiz sousu tökürük. Sousla qarışdırıb 2-3 dəqiqə daha qaynadırıq.  Nuş olsun.

P.S: 1. Arzu edilsə xidmət edərkən kərəyağlı sousdan yenidən tökülə bilər.
       2. Limonla da dadlı olduğunu söyləyənlər var.

0 şərh