Toyuq ruleti

Tərkibi:
1 yumurta
1 kök, şüyüd, qarox
600-700 qr file
falqa kağız 

Hazırlanma qaydası:
Yumurta ilə kökü suda qaynadırıq. Toyuğu ət maşınından 2 dəfə çəkirik. Sonra falqanı yağlayıb üzərinə toyuq ətini rulet kimi yayıb (ətə istiot, duz vurmağı unutmayın), yumurtanı, kökü 2 yerə bölüb ətin üzərinə qoyub qarox, göyərti əlavə edib rulet kimi bükürük. Falqanın ağzını bərk bağlayırıq. Listə 1 st su əlavə edib, suyu çəkilənə qədər sobada 250 dərəcədə 35-40 dəq. bişiririk.  

0 şərh