Kələm salatı

Tərkibi:
2-3 porsiya üçün nəzərdə tutulub
100 qram təzə kələm
2 ədəd xiyar (100 qram)
2-3 ədəd turp
2-3 ədəd bişmiş yumurta
30-40 qram göy soğan
3 x.q. xama
şüyüd
duz

Hazırlanma qaydası:
Tərəvəz və göyərtini yuyub, yaxşıca qurulayın.
Kələmi xırda-xırda doğrayın.
Xiyarı xırda-xırda kub şəklində və yaxud nazik dilimlərlə doğrayın.
Turpu sürtkəcin iri gözündən keçirin.
Bişmiş yumurtanı xırdalayın.
Göy soğanı xırda-xırda doğrayın.
Boşqaba kələmi töküb, üzərinə duz səpərək, yaxşıca qarışdırın. Sonra üzərinə xırdalanmış xiyar, turp, yumurta, göy soğan, şüyüd əlavə edib, qarışdırın.
Süfrəyə verərkən, salatı xama ilə qarışdırın.
Salatın yanında qarnir kimi bişmiş kartof verə bilərsiz.

0 şərh