Meyvəli vafli

Ərzaqlar:
3 yumurta
1,5 su stəkanı süd
1,5 su stəkanı un
1 stəkan şəkər
1 çay stəkanı duru yağ
1 şirin qaşığı qabartma tozu
1 şirin qaşığı vanil

Üzəri üçün:
Şokolad (istəyə görə)
Fındıq
Fıstıq
Mövsüm meyvələri

Hazırlanması:
Qarışdırma qabına 3 ədəd yumurta qırın. Üzərinə 1,5 su stəkanı süd əlavə edin və çırpın. Üzərinə 1,5 su stəkanı un, 1 fincan şəkər tozu, 1 çay stəkanı duru yağ, 1 çay qaşığı qabartma tozu, 1 çay qaşığı vanil əlavə edin və qarışdırın. Daha sonra teflon tavada çömçə çömçə töküb bişirin. Vafli bişdikdən sonra aralarına və üzərinə şokolad, fındıq, fıstıq və mövsüm meyvələri əlavə edib xidmət edin. Nuş olsun!
 

0 şərh