Şokoladlı pirojna

Ərzaqlar:
250 qram un
6 ədəd yumurta
130 qram şəkər
50 qram kakao tozu
200 qram qaymaq
100 qram şokolad
5 qram ovulmuş portağal qabığı
1 paket vanil
5 qram soda


Hazırlanması:
Yumurtaların ağını 150 qram şəkərlə çalın.
Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun.
Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın.
Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin.
Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun!

1 şərh

Cavid
səhər-səhər işdə yaxşı isti şayla necə yaxşı olardi)