Sobada balıq

Tərkibi:
Alabalıq – 1 ədəd
Limon – 5 dilim
Kərə yağı – 50 q
Göyərti (keşniş, tərxun) – ¼ hissə
Duru yağ
Duz, qırmızı istiot
Sous üçün:
Zeytun yağı – 2x.q.
Portağal şirəsi
Narşərab

Hazırlanması:
Balığın içinə duz, istiot, ovulmuş göyərti və limon dilimləri qoyulur, hər iki tərəfinə kərə yağı çəkilib yağlanmış listə yerləşdirilir. Balıq 180 dərəcəyədək qızdırılmış sobada, hər 5 dəqiqədən bir üzərinə duru yağ gəzdirilərək 25 dəqiqə bişirilir.
Sousu hazırlamaq üçün: portağal şirəsi, zeytun yağı, narşərab qarışdırılır. Hazır olmuş balığın içliyi (limon dilimləri, göyərti) çıxarılır, balığın qabığı soyulur, üzərinə qırmızı istiot səpilir. Balıq süfrəyə sousla və tərxunla verilir.
Nuş olsun!

0 şərh