Ətli göbələk

Tərkibi:
Quzu əti – ½ kq.
Soğan – 3 ədəd
Göbələk – 0.5 kq
Yağ – 2 x.q
Duz, istiot zövqə görə

Hazırlanması:
Yağı tavaya qoyub isidin, göbələkləri iri doğrayıb, üzərinə əlavə edin. Bir az qovrulduqdan sonra xırda doğranmış soğanı tökün. Bir neçə dəqiqə qızardıqdan sonra duz, istiot əlavə edin. Ətləri digər tavada qızardın. Hazır olduqdan sonra göbələkli qarışığa qatıb, bir az sobada saxlayıb, isti halda süfrəyə verin.
Nuş olsun!

0 şərh