Ədviyyatlı qiymə

Tərkibi:
Dana farşı – 500 q
Pomidor  — 3 ədəd
Baş soğan – 1 ədəd
Sarımsaq – 4 ədəd
Qatıq – 250 q
Bitki yağı 
Hil – 8 ədəd
Yumru qara istiot – 10 ədəd
Mixək – 8 ədəd
Cirə — 1ç.q
Zəncəfil — 1ç.q
Sarıkök — 1ç.q
Duz

Hazırlanması:
Xırda doğranmış baş soğan və sarımsaq bitki yağında qızardılır, üzərinə ədviyyatlar əlavə edilib qarışdırılır. Qarışığa ət farşı, daha sonra xırda doğranılmış pomidor əlavə olunub birlikdə qovrulur. Yeməyə yarım stəkan su əlavə edilir və zəif odda 35 dəq bişirilir. Ən sonda hazır olmuş yeməyə qatıq və duz əlavə edilir, qarışdırılır və odun üzərindən  götürülür. Bu dadlı yemək adətən dəmə qoyulmuş ispanaqlı düyü ilə yeyilir.
Nuş olsun!

0 şərh