Alma deserti

Tərkibi:
250 qr yumuşaq marqarin
1 stəkan qatıq
3 stəkan un
1 paket qabartma tozu
1 qəhvə fincanı pudra şəkəri

İç üçün:
4 ədəd alma
1 qaəhvə fincanı sarı üzüm
4xörək qaşığı şəkər
1 çay qaşığı darçın


Hazırlanması:
Almaları soyub, sürtgəcdən keçirin,üzərinə şəkər,üzüm əlavə edib qarışdırın. Almalar öz suyunu çəkənə qədər az dərəcədə bişirin. Darçını töküb soyumağa qoyun. Marqarini, qatıq və pudra şəkəri ilə qarışdırın. Üzərinə ələnmiş un və qabartma tozu əlavə edib, yoğurun. 5-10 dəqiqəyə qədər saxlayın. Qozdan böyük parçalar qoparıb, əllə yavaşca yoğurun. İki tərəfini də kəsib, ortalarına hazırladığınız içi qoyaraq dörd kənarını da ortaya doğru gül şəklində bağlayın. Tavaya düzərək 200 dərəcə istilikdə sobada çəhrayı rəngdə bişirin. Sonra isə üzərinə pudra şəkəri səpərək süfrəyə verə bilərsiniz.
Nuş olsun!

0 şərh