Limonlu tort

Ərzaqlar:Limonlu tort
1 yumurta 3 yemək qaşığı nişasta
2 limonun suyu və qabıqlarının incə rəndəsi
1 su stəkanı toz şəkər
3 su stəkanı su
3 yemək qaşığı qədər kərəyağ
2 paketə yaxın hazır biskvit
Qıyılmış fındıq və ya qoz

Hazırlanması:
1. Orta boy bir qazanda yumurtanı çırpın.
2. Limon suyunu və rəndəsini, şəkəri və nişastanı əlavə edib yaxşıca
qarışdırın.
3. Suyu əlavə edib qarışdırdıqdan sonra ocağın altını açın. Qarışdıraraq
tündləşənə qədər bişirin.
4. Yağı qoyaraq bir daşam daha qaynadıb altını bağlayın.
5. Orta boy bir nimçəyə bir qat biskvit bir qat limonlu kremdən qoyub vəsaitləri bitirin.
6. Üstünə fındıq və ya qoz səpib soyuduqdan sonra xidmət edin. 

0 şərh