Göbələkli piroq

Ərzaqlar:
400 q un
200 q marqarin
200 q qatıq
1 ç.q. soda
duz
istiot
125 q qurudulmuş göbələk
50 q baş soğan
50 q bitki yağı
2 x.q. doğranmış göy soğan

Hazırlanması:
Un, marqarin, qatıq, soda və duzdan xəmir yoğurun. Soyuducuda 1 saat saxlayın. Qurudulmuş göbələkləri 1,5 saat ərzində soyuq suda saxlayın (suyu tullamayın). Sonra yuyub xırda-xırda doğrayın. Soğanla birlikdə qovurun, duzlayın. Göbələyi islatdığınız sudan azca əlavə edib hazır olana qədər bişirin. Soyudun.

Xəmiri yayın. Yağlanmış siniyə qoyun. Kənarlarını qaldırın. Hazırladığınız qarışığı xəmirin üzərinə yayıb üstündən doğranmış göy soğan səpin.

Piroqu sobada orta dərəcədə 20-25 dəqiqə, sonra isə temperaturu artıraraq daha 10-15 dəqiqə bişirin.

Nuş olsun!
 

0 şərh