Göbələklə dolma

Ərzaqlar:

— 6-8 bolqar bibəri
— 500 qr şampinyon
— 2 dənə soğan
— 2 dənə pomidor
— 1 dənə kök
— 100 qr düyü
— 300 qr ət bulyonu
— 50 qr ketçup
— 50 qr zeytun yağı
— 1 dəstə cəfəri, 1 dəstə şüyüd
— duz, istiot

Hazırlanması:
Tavada xırda doğranmış göbələklə soğan zeytun yağında qızardılır. Sonra ona qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir. Axırda ona 3 xörək qaşığı ketçup, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır. Bir neçə dəqiqə qaynadıqdan sonra bu içlik kənara qoyulur və soyudulur.

Bibər yuyulur və təmizlənir. Bibərə içlik doldurulur, divarları qalın olan qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 2 x.qaşığı ketçup əlavə olunur. Yemək vam odda 30 dəqiqə ərzində bişirilir.

Nuş olsun!

 

0 şərh