Toyuq nar sousu ilə

Tərkibi:

— Toyuq — 1 dənə

— Soğan — 2 dənə

— Nar şirəsi — 1/2 stəkan

— Ağ çaxır — 1/2 stəkan

— Un

— Zeytun yağı

Hazırlanması:
Soğan doğranılır və zeytun yağında qızıl rəng alana qədər qalın tavada və ya qazanda qızardılır. Toyuq doğranılır, unlanır və soğan qızardılan qazana yığılır. Üzərinə nar şirəsi, çaxır, duz, istiot əlavə olunur, qarışdırılır və vam odda kip bağlanan qabda 45 dəq. ərzində bişirilir. Hazır olunduqdan sonra üzərinə nar dənələri səpilir.

Nuş olsun!

0 şərh