Meyvə salatı

İçindəkilər:
meyvə salatı — İstədiyiniz mövsüm meyvələrindən seçin. Görüntüsü gözəl bir meyvə salatı üçün təqribən 4 növ meyvə istifadə edin. 
— Meyvələrin müxtəlif rənglərdə olması salatınızı daha iştahaçıcı edər. Məsələn; alma, armud və banan kimi hamısı eyni rəngdə olan meyvələri istifadə etsəniz salatınız tək bir rəng olacaq. Görünüşü daha da canlı etmək üçün müxtəlif rəngli meyvələrdən istifadə edin. Məsələn; çiyələk və kivi bir yerdə və yaxud qırmızı albalı və ərik və s. 

Hazırlanması:
— Seçdiyiniz meyvələri yuyun, qabıqlı meyvədirsə qabığını soyun və kub şəklində doğrayın. 
— Alma, heyva kimi qaralacaq meyvə çeşidlərini istifadə edəcəksinizsə, o zaman limon suyunu hazırlayın və seçtiyiniz meyvələri limon suyunun olduğu bir qabda saxlayın. 
— Bütün meyvələri bir birinə qarışdırın və üzərinə 1 ədəd limonun suyunu tökün. Folqa kağızı ilə üzərini örtün və süfrəyə verilmə vaxtına qədər saxlaya bilərsiniz. 3 saatdan çox saxlamadan istifadə edin. 

Souslar:
Süfrəyə verilməmişdən əvvəl salatın üzərinə müxtəlif souslar tökə bilərsiniz:
— Limon sousu: sadəcə limon suyu
— Portağal sousu: sadəcə portağal suyu
— Ballı sous: limon suyu və 1 qaşıq bal
— Banan sousu, Çiyələk sousu, Kivi sousu və s. Meyvə salatınızda olan istənilıən meyvəni mətbəx robotundə püre halına gətirərək
— Krem Şantı
— Şokalad Sousu (əridilmiş şokoladla)
Sousu istərsəniz salatın yanında verə bilər, ya da servis edən zaman bütün salata qarışdıraraq təqdim edə bilərsiniz. 

Təqdim etmə:
Meyvə salatını təqdim etmənin ən yaxşı yolu meyvə qablarıdır. İçərisini salata əlavə edin, qabığını da meyvə qabı kimi istifadə edin. 
1 nəfərlik meyvə qabları: portağal, greyfrut
Qarpız, yemiş və ya ananas qabıqlarını da istifadə edə bilərsiniz. Salatı içinə doldurub bir də yanına qaşıq qoysanız qonaqlarınız istədiyi qədər ala bilər.
Nuş olsun.

0 şərh