Pendirli kartof çubuqları

Tərkibi: Pendirli kartof cubuqları

5-6 kartof 
1 yumurta
50 q kərə yağı
50 ml süd
3-4 x.q. un
pendir
suxarı 

Hazırlanması:
Kartofları bişirin, duz, kərə yağı, süd vurub eynicinsli püre hazırlayın. Soyuyandan sonra 1 yumurta və 3-4 qaşıq un vurub yumşaq xəmir hazırlayın. 
Xəmirdən kündələr tutun, yayın. Hər birinin içinə barmaq yoğunluğunda pendir kəsib qoyun, qıraqlarını bükün. 
Bunları əlinizlə hamarlayın. 

Sonra «çubuqları» narın suxarıya batırın. İstəsəniz, suxarıya küncüt də qata bilərsiniz.
Tavada bitki yağını qızdırın, «çubuqları» hərtərəfli qızardın. Kağız salfetlərin üstünə düzün, yağını çəksin. 
Süfrəyə verməzdən əvvəl 15 dəqiqə dinləndirin.  Nuş olsun!

0 şərh