Quberniya salatı

Tərkibi:Quberniya salatı

300 q toyuq ciyəri 
1 yerkökü
1 baş soğan 
100 q bərk pendir
50 q qara gavalı
mayonez
bitki yağı (qovurmaq üçün)

Hazırlanması:

Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı nazik yarımhalqa doğrayın. Yerkökü və soğanı yağda yumşalanadək qovurun. Yağını süzün, soyudun.
Ciyəri xırda doğrayıb 5-10 dəqiqə qovurun. Soyudun.
Pendiri sürtgəcdən keçirin. 
Qara gavalını nazik şəridlərə doğrayın. 
Salatı lay-lay düzün: yerkökü ilə soğan + əzilmiş qovrulmuş ciyər + pendir + mayonez. Üstünə gavalıları düzün. Soyuq yerdə iki saat saxlayandan sonra süfrəyə verə bilərsiniz. Nuş olsun!

0 şərh