Belyaşi

Tərkibi (14 ədəd):Belyaşi

xəmir: 
375 ml süd
30 q yaş, yaxud 10 q quru maya
600-650 q un (az və ya çox tələb oluna bilər)
1 x.q. şəkər tozu
1 ç.q. duz
60 q kərə yağı

iç: 
600 q qiymə
1 iri soğan 
duz və istiot (istəyə görə)

Hazırlanması:
Xəmir üçün mayanı şəkər tozu ilə birlikdə isti süddə (qaynar olmaz!) əridin. Azca un əlavə edib qarışdırın (qatı xama kimi). Baratanı isti yerə qoyun ki, şişsin. 
Barata şişəndən sonra əridilmiş (amma qaynar olmayan) kərə yağını və duz əlavə edin. Tədricən un əlavə edib yumşaq xəmir yoğurun. 
Xəmiri yağlanmış ləyənə qoyub üstünü örtün, isti yerdə 1-1,5 saat saxlayın. Bu müddətdə xəmirin həcmi iki dəfə artacaq. 
Xəmir gələnə qədər içi hazırlayın. Soğanı xırda doğrayıb, duz, istiotla birlikdə qiymə ilə qarışdırın. 
Gəlmiş xəmirdən mandarin boyda kündələr düzəldib un səpilmiş, yaxud yağlanmış lövhənin üstündə 0,3-0,5 sm qalınlıqda yayın. Hər kündənin ortasına iç qoyun. Qıraqlarını ortaya doğru yığın, amma orta hissəsini açıq saxlayın. 
Tavanı orta ocağın üstünə qoyun (əgər xüsusi termometr varsa, 170 dərəcədə). Yağı tavada qızdırın. Belyaşiləri üzü (dəliyi) aşağı olmaqla qızardın. Yaxşı qızarandan sonra o biri üzünə çevirib, ocağı azaldın, yenə qızardın. 

Süfrəyə isti-isti verin. Nuş olsun!
 

0 şərh