Göbələkli raqu

Tərkibi:
500 q göbələk
500 q kartof
200 q xama
200 q baş soğan 
göyərti
duz
istiot
bitki yağı

Hazırlanması:
Bu raqu üçün istənilən göbələkdən istifadə edə bilərsiniz. Yalnız şampinyon istifadə edəcəksinizsə, onları soğanla 5-7 dəqiqə qovurmaq lazımdır. 

Soğanı xırda doğrayın. Göbələyi kubik doğrayın. Bitki yağında soğanı azca qovurun. Göbələkləri, 50 ml su əlavə edin, duzlayıb, istiotlayın, tavanın ağzını bağlayıb 30 dəqiqə bişirin. 
Kartofu təmizləyib kubik doğrayın. Göbələyə əlavə edib hazır olanacan ağzı bağlı tavada bişirin (təxminən 20 dəqiqə). Göyərtini xırda doğrayın. Kartof və göbələyin üzərinə xama əlavə edin. Duzu kəmdirsə, azca duz vura bilərsiniz. Sonra göyərtini əlavə edin.

Nuş olsun!
 

0 şərh