Evdə bulyon necə hazırlanır?

Ərzaqlar: 
1/2 kilo sousluq toyuq və ya qırmızı ət
Su, duz
Qara istiot
Ədviyyatlar
Quşdilli otu
1 qədər dəfnə yarpağı
1 qədər cəfəri
1 qədər kərəvəz yarpağı
1 ədəd təzə soğan

Hazırlanmsı: 
Bütün ərzaqları bir qazana tökün. Üstünə 3-4 barmaq keçəcək qədər su əlavə edin və qapağını bağlayın.
Toyuq ətini 30-40 dəqiqə, qırmızı əti isə 1 saat bişirin. Ət suyu soyuduqdan sonra süzgəcdən keçirin və buz qəliblərinə yerləşdirin.  
 

2 şərh

Ferbara
Bulyonu elə evdə hazırlayırlar da. :) Sonradan bulyon mağazaların rəfinə düşdü.
pascal
Burda toyuq ətin 30-40 dəqiqə bişirin yazır. Hamımız əlbəttə ki, mağazalarda satılan broyler toyuqların alb, bişiririk. Nadir hallarda bəzi evlərdə kənd toyuğu bişirilir. O gün tv-də eşitdim ki, ingilis alimləri broyler toyuğunda hansısa xəstəliyi aşkar ediblər və məsləhət verirlər ki, broyler toyuqlar bişirilən zaman ən az 1 saat, 1 saat 20 dəqiqə qaynadılsın. O zaman həmən xəstəliyi (adı yadımda qalmadı xəstəliyin) keçirən mikroblar, viruslar məhv olur.
Məsləhətdir də… əməl etməkdə xeyir var. Ehtiyatlı olun!