İspan omleti

Ərzaqlar: İspan omleti
2 yemək qaşığı zeytun yağı
450 qram kartof
8 yumurta
1 ədəd qırmızı bibər
1 ədəd soğan
Duz, istiot
Nazik doğranmış cəfəri
1 çay qaşığı acı sous

Hazırlanma qaydası: 
Sobanı 180 dərəcə qızıdrın. Soğanı doğrayın. Kartofu soyub, yuyub halqa şəklində doğrayın. Bibəri isə uzunsov formada doğrayın. Tavaya zeytun yağını əlavə etdikdən sonra bütün ərzaqları əlavə edib kartof yumşalana qədər 15 dəqiqə bişirin. Bir qabda yumurtaları qırın. Cəfəri, duz, istiot və acı sousu əlavə edib qarışdırın və yeməyin üstünə tökün. Tavanı sobaya qoyub 12-15 dəqiqə bişməsini gözləyin. Üzərinə yenə azca zeytun yağı və cəfəri əlavə edin. Nuş olsun! 
 

0 şərh