Vineqred salatı

Tərkibi:vineqred
  • 400 qr çuğundur
  • 300 qr kök
  • 400 qr kartof
  • 200 qr kələm turşusu
  • 200 qr xiyar turşusu
  • 150 qr qırmızı baş soğan
  • duz
  • bitki yağı

Hazırlanması:

  • Çuğundur hazır olana qədər bişirilir.
  • Kartof və kök başqa bir qabda qaynadılır.
  • Qırmızı baş soğan xırda-xırda doğranır.
  • Duzlu xiyar kubik şəklində doğranır.
  • Duzlu kələm, əgər çox duzludursa, əvvəlcə soyuq su altında yuyulur, süzülür, xırdalanır.
  • Kök kubik şəklində doğranır.
  • Çuğundur kubik şəklində doğranır.
  • Kartof kubik şəklində doğranır.
  • Kartof, kök, xiyar, soğan, kələm, çuğundur qarışdırılır, azca duzlanır.
  • Sonda üzərinə bitki yağı gəzdirilir və qarışdırılır.

Nuş olsun!

Vineqred salati resepti — 2


1 porsiya salatın tərkibi:


Suda bişmiş çuğundur – 1 ədəd
Suda bişmiş kartof – 1 ədəd
Suda bişmiş kök – 1 ədəd
Konservləşdirilmiş xiyar – 5 ədəd
Konservləşdirilmiş yaşıl noxud – 50 qr
Duzlu kələm – 150 qr
1 ədəd baş soğan
Zövqə görə duz, İstiot
Bitki yağı – 5 x q

Reseptura qaydası:


Bütün tərəvəzlər xırda kub formasında doğranılır. Çuğundurun rənginin digər tərəvəzlərə çıxmaması üçün onu kasaya qoyub bitki yağı ilə qarışdırırıq. Qalan bütün digər tərəvəzi də əlavə edib, duzlayıb – isyiotlayırıq, noxud və bibərlə bəzəyirik.

2 şərh

naninka

Mən bu salatın içinə soğanı nazik, halqa seklində doğrayıb, bitki yağında qizradıb tökürəm, yəni sonra əlavə olaraq diri soğan və bitki yağı tökmürəm. Məncə belə daha dadlı olur. 

ShiringulMusayeva
Vineqred  salatının ən vacib   inqridienti qırmızı  lobyadır. Onsuz  vineqred olmaz ki…