Fındıqlı keks

Tərkibi:fındıqlı keks
7 ədəd yumurta
1 su stəkanı pudra şəkəri
1 paket marqarin
1 çay stəkanı süd
4 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
1 su stəkanı döyülmüş fındıq

Hazırlanma qaydası:
Yumşalan marqarin ilə pudra şəkərini yaxşıca qarışdırın.
Daha sonra içinə südü və yumurtaları tək-tək əlavə edib qarışdırmağa davam edin.
Unu, qabartma tozunu və vanili ələyin, ardından yumurtalı qarışığın içinə əlavə edib qarışdırın.
Ən son fındıqları da əlavə edib qarışdırın və yağlayıb unladığınız keks qəlibinə boşaldın.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin.
Soyuq halda süfrəyə verin. Nuş olsun!

 

0 şərh