Şəkər xəmiri

Tərkibi:şəkər xəmirindən şirniyyat

100 qr marşmelo “Zefir”
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı limon suyu
500 qr pudra şəkər

Hazırlanma qaydası:

Marşmelo, kərə yağı, limon suyunu buxarda əriyənə qədər qarışdırırıq, sonra kənara qoyuruq. (əllərimizi xəmirə yapışmasın deyə kərə yağıyla yağlayırıq)
Pudra şəkəri ilə xəmiri yoğururuq, gördünüz ki, xəmir əlinizə yapışmır deməkki xəmirimiz artıq hazırdı.
Xəmirə rəng qatmaq istəyirsinizsə qida boyasından istifadə edərək incə çubuq vasitəsilə nöqtələr qoyaraq xəmiri yoğurun.
Sellofana qoyub 30 dəq soyuducuda saxlayırıq. Əldə etdiyiniz xəmiri oxloxun köməyi ilə açaraq istədiyiniz qəlibə görə forma verə bilərsiniz.

 

 

0 şərh