Kilkə dolması

Bu yemək Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.
kilkə dolması
Ərzaqlar:

1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün

2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı

Hazırlanma qaydası

Kilkə balıqlarının başlarını və sümüklərini təmizləyin, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.

Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.

Nuş olsun!

 

0 şərh