Vafli

Ərzaqlar (16-18 ədəd):vafli

375 ml isti süd
125 q şəkər tozu
10 q quru maya (və ya 25 q yaş maya)
150 q ərinmiş kərə yağı
1/2 ç.q. duz
1 ç.q. vanil esensiyası (və ya 1 x.q. vanilli şəkər)
2 yumurta
400 q un
1,5 ç.q. qabartma tozu

Hazırlanması:

Maya və şəkər tozunu isti süddə əridin. Kərə yağı, yumurta, duz və vanil esensiyasını əlavə edin. Eynicinsli kütlə alınanadək çəngəllə çalın. Tədricən ələnmiş un və qabartma tozu əlavə edib xəmir yoğurun. Oladi xəmirindən bir az qatı xəmir alınmalıdır.

Xəmiri yarım saat isti yerdə saxlayın. Bu müddətdə həcmi böyüyəcək və üstündə qabarcıqlar əmələ gələcək.

Vafli aparatını qızdırın. Xəmiri içinə töküb qızılı rəng alanadək bişirin.

Süfrəyə cem, sirop, çalınmış qaymaq, şəkər pudrası ilə verə bilərsiniz.

Nuş olsun!

 

0 şərh