Ətli, tərəvəzli xörək

Tərkibi:

500 qr təzə yaşıl noxud (Qarox)
300 qr quşbaşı mal əti
1 ədəd böyük boy soğan
1 ədəd orta boy pomidor
2 ədəd orta boy kök
2 ədəd orta boy kartof
2 yemək qaşığı duru yağ
1 şirin qaşığı tamat
Kifayət qədər isti su
kifayət qədər qara bibər
kifayət qədər duz

Hazırlanma qaydası:

Soğanı soyub kiçik kiçik doğrayın.
Əti yuyun və qazana alıb öz suyunda bişirməyə başlayın.
Ət suyunu salıb çəkməyə başlayınca duru yağ və doğradığınız soğanları əlavə edib soğanlar yüngül qovrulana qədər qarışdırın.
Kök və kartofları soyub kiçik kiçik doğrayın.
Yaşıl qaroxları yuyub suyunu süzün.
Ətlər yarı bişincə içinə kök və kartof atın.
Kifayət qədər isti su, tomat, duz və qara bibər əlavə edib 10-15 dəqiqə bişirin.
Daha sonra yaşıl qaroxları əlavə edin və tərəvəzlər yumşalana qədər bişirin.
İsti halda süfrəyə verin. Nuş olsun
 

0 şərh