Əncir mürəbbəsi

Tərkibi:
1 kq əncir
1 kq şəkər
0,25 stəkan su
bir az limon turşusu

Hazırlanması:
Mən əncirin qabığını soyuram, amma qabığlı da mürəbbə bişirmək olar.

Qabığından soyulmuş əncirin üstünə şəkər tökülüb bir neçə saat saxlanılır.

Bu müddətdə əncir şirəsini buraxır. Sonra zəif alov üzərinə qoyulur ¼ stəkan su (hər 1 kq-ya) tökülür. Bir saatadək bişirilir. Yaxşı olar ki üstündək yığılan kəfi tullayasız.

Hazır olana yaxın limon turşusu ya limon şirəsi əlavə edilir (amma bu mütləq deyil).

Nuş olsun!

 

0 şərh