Lülə kabab

Tərkibi:
qoyun əti -330 q
quyruq yağı – 20 q
baş soğan – 20 q
göy soğan – 40 q
cəfəri və reyhan – 15q
buğda unu – 45 q
sumaq – 3 q
duz, istiot

Hazırlanması:
Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşı-yaxşı qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkəbab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkəbab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkəbanın yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir. 
Nuş olsun! 

0 şərh