Almalı desert

Bu reseptdən hazırladığınız içki heç kimi biganə qoya bilməz. Ağızda əriyən yüngül dadlı və qeyri-adi olduğuna görə.

Dörd pay üçün:

orta ölçülü alma 4 ədəd
2 xörək qaşığı limon şirəsi
1 yumurta ağı
1 paket vanilin
4 xörək qaşığı yulaf daha çox (ovsyannaya xlopye) kimi tanınır
2 çay qaşığı bal
2 xörək qaşığı alma şirəsi

Hazırlanması:

1. Almaları təmizləyib 4 yerə bölürük və tumlarını çıxardırıq. Dilimləyib, limon şirəsi və 2 xörək qaşığı suyla qarışdıb bişirin və püre halına gətirin .

2. Alma köpüyü üçün yumurta ağını möhkəm çalın və çalan zaman tədricən vanilin əlavə edin. 2 xörək qaşığı alma püresi ilə qarışdırın.

3. Yulafları yanmayan tavada qızardın. Qarışdıra-qarışdıra alma köpüyünə balı alma şirəsini alavə edin. Soyumağa qoyun.

4. Püreni 4 stəkana tökün. Alma köpüyünü üstünə tökün, amma qarışdırmayın. Üzərinə qızardılmış yulafları səpin.

Süfrəyə verə bilərsiniz. Nuş olsun!

0 şərh