Küftəli düyü şorbası

Tərkibi:
uzun düyü — 100 qr.
sarımsaq — 1 diş
bitki yağı — 1 x.q.
göy soğan — 1 ədəd
pomidor — 150 qr.
çəkilmiş ət — 250 qr.
bulyon — 1,5 l
soya sousu — 2 x.q.
doğranmış cəfəri — 2 x.q.

Hazırlanma qaydası: 
Düyünü duzlu suda qaynadın. Sarımsağı təmizləyin, doğrayıb isidilmiş bitki yağında azca qızardın. Alovdan götürüb soyudun. Göy soğanı təmizləyib kiçik halqalarla doğrayın. Pomidorları iki bölün. Çəkilmiş əti sarımsaq və göy soğanla qarışdırın, zövqə görə duz, istiot əlavə edin. Çəkilmiş ətdən kiçik küftələr düzəldin.  Bulyona soya sousu və istiot əlavə vurub küftələri kiçik alovda bulyonda qaynadın (təxminən 4 dəqiqə). Düyünü pomidrolarla birlikdə şorbaya əlavə edin. Daha 3 dəqiqə bişirib soya sousu əlavə edin. Süfrəyə verməmişdən əvvəl üzərinə cəfəri səpin. Nuş olsun!




 

0 şərh