Süd şorbası

Ərzaqlar:
2 stəkan su
2 stəkan süd
1 yemək qaşığı kərə yağı
2 ədəd kiçik yerkökü
2 yemək qaşığı düyü
Duz, istiot,
2 yemək qaşığı duzsuz badam

Hazırlanması:
Kərə yağını əridib, kvadrat formada doğranan yerkökünü azca qızardın.
Bir qazana süd, su və yerkökünü əlavə edin bişməyə qoyun.

Qaynayanda düyünü də əlavə edin. Sonra zövqə görə duz və istiou da əlavə edin.
Düyü yumşalandan sonra oddan götürün.

Badamları isti suda 4-5 dəqiqə qaynadıb qabıqlarını soyun. Daha sonra yapışmaz bir tavaya alıb qovurun. Supun üzərinə səpip, servis edin. 

 

0 şərh