Buğlama

Buğlamanın tərifi çoxdur. Bu, əsasən damaq dadından irəli gəlir. Kimisi kəklikotu, kimisi badımcan və kartof vurur, bəziləri isə əti soğan və pomidorla qaynadıb, duz-istiut vururlar. Buğlamanın əsas bir neçə komponenti var: ət (əsasən yağlı qoyun və ya quzu əti), soğan, pomidor, bibər, göyərti. Qalan ərzaqları isə zövqə görə əlavə etmək olar.

Sadə buğlamanın
hazırlanması qaydası.

Tərkibi:


0,5 kq yağlı qoyun əti

4 pomidor

3 bolqar bibəri

6-7 soğan

4-5 diş sarımsaq

1 st. soyuq su

duz, istiot


Soğanları uzununa doğrayın. Sümüklü əti doğrayın, duz, istiot və soğanla qarışdırın.

Pomidorların qabığını soyub halqa, bibəri jülyen (saman kimi) doğrayın. Qazanın dibinə ətlə soğanı qoyun, bunların üstünə bibəri döşəyin. Lap üstdən pomidoru düzün, duz və istiot səpin. 1 st. soyuq su töküb vam odda təxminən iki saat bişirin.


 

Oxşar məqalələr

0 şərh