Kirpi salatı

Tərkibi:
1ədəd toyuq filesi
1banka yaşıl noxud(qorox)
5 yumurta
150 qr. pendir
1 ovuc qədər duza qoyulmuş qara zeytun
Mayonez, duz, istiot zövqə görə

Hazırlanması:
Toyuq filesi qaynadılıb soyudulur və xırda doğranır.

Bişmiş yumurtanın ağı və sarısı ayrıca doğranır. Yumurtanın sarısı, file və noxud mayonezlə qarışdırılır.

Boşqabın içinə kahı yarpağı qoyulur və qarışıq onun üzərinə yayılır.

Başqa bir qabda yumurtanın doğranmış ağı sürtgəcdən kiçirilmiş pendir və mayonezlə qarışdırılır. Bu qarışıq boşqabdakı kütlənin üzərinə tökülür və qaşıqla salata kirpi forması verilir.

Zeytun nazik-nazik doğranır və kütlənin üstünə düzülür.

Salatımız hazırdır.

Nuş olsun!

 

0 şərh