Plombir dondurması

Tərkibi:

600 q qaymaq
5 yumurta
50 q biskvit
100 q şəkər tozu
1 paket vanil
sedra

Hazırlanması
Yumurta sarılarını şəkər tozu ilə ağaranadək çalın. Qaymağın 1/4 hissəsi ilə qarışdırın, vanil əlavə edib qazana tökün, vam odun üstünə qoyub dayanmadan çalın. Bütün kütlə qatılaşıb qalxmağa başlayanadək qarışdırın. Amma çalışın, qaynamasın. Ocaqdan götürüb başqa qaba boşaldın, soyudun.

Qaymağın qalanını qatı köpük alınanadək çalın. Bundan əvvəlki qarışıqla (yumurta sarısı ilə olan kütlə) qarışqdırın, xırıdalanmış sedra və biskvit əlavə edin, qarışdırın, formalara yığın, dondurun.

Nuş olsun!

0 şərh