Yaşıl almalı kərəviz salatı

Ərzaqlar:
1 ədəd yaşıl alma
1 ədəd kərəviz
1 ədəd orta yerkökü
1 yemək qaşığı mayonez
1 stəkan qatıq
2 diş sarımsaq
Bir ovuc qoz ləpəsi
Duz

Hazırlanma qaydası:
Kök, kərəviz və almanı rəndələyin. Sarımsaqlı qatıq hazırlayıb üzərinə tökün. Daha sonra mayonezi əlavə edin.

Qoz ləpəsini də əlavə edib qarışdırın. Zövqə görə duz da əlavə etmək olar. Üzərini istədiyiniz kimi bəzədikdən sonra salat hazır olacaq. Nuş olsun!
 

0 şərh