Badımcan salatı

Tərkibi:
4 ədəd (incə-uzun) badımcan 
1 ədəd (iri) qırmızı istiot 
3 Yemək qaşığı (dolu) qatıq 
1 yemək qaşığı (dolu) mayonez 
2-3 diş sarımsaq 
1 yemək qaşığı zeytun yağı 
Duz

Hazırlanması:
Badımcan və bibərləri qızardın. Qabıqlarını soyub iri-iri doğrayın.
Ayrı bir qabda; qatıq, mayonez, yağ, duz və əzilmiş sarımsağı qarışdırın. 
Qatıqlı qarışığa badımcan və bibərləri əlavə edib qarışdırın. 
Yarım saat saxlayıb süfrəyə verin.

0 şərh