Korn Doq

İnqrediyentlər:
Un – 100 qr.
Qarğıdalı unu – 100 qr.
Şəkər – 3 x.q.
Qırmızı istiot – 1 x.q.
Soda – 1,5 ç.q.
Qabartma tozu- 1 ç.q.
Duz – 0,5 ç.l.
Yumurta – 1 ədəd.
Süd – 2 x.q.
Sosiska – 6 ədəd.
qızartmağ üçün yağ – 300 ml.

Hazırlanma qaydası:
Əvvəl quru inqrediyentləri qarışdırmaq lazımdır. Qarğıdalı unu mütləq olmalıdır.

Quru inqrediyentləri yaxşıca qarışdırıb, yumurtanı əlavə edirsiniz və südü tədricən tökürsünüz. Xəmir çox qatı olmalıdır, qatılığı südlə və ya unla nizama salın.

Sosiskaları çöplərə düzürsünüz. Əvvəlcə onları yaxşıca unlamaq lazımdır ki, xəmiri özündə saxlasınlar. Bu çox əhəmiyyətlidir.
Xəmir maksimal dar və hündür qaba tökmək lazımdır. Kokteyl stəkanları və ya hansısa bir kiçik vazalardan istifadə edə bilərsiniz. Bu bizə sosiskaları asan sala bilək üçün lazımdır. Yağı (təxminən 2 santimetr) tavaya tökürsünüz və yaxşıca qızdırırsınız. Sonra sosiskanı xəmirə tamamilə salırsınız və çöpü bir az buraraq ehmalca çıxardırsınız.

İndi yağda sosiskaları qızardırsınız. Xəmirin hamar alınması üçün, sosiskanı yağda daim çevirmək lazımdır, xüsusilə birinci dəqiqələrdə. Gördünüz ki, xəmir özünü bir az tutdu — dərhal çevirirsiniz.

Duru xəmir qızılı rəng alacaq. Onu çox saxlamayın, həm də çox tez götürməyin ki, xəmir içəridə çiy qalmasın. Bütün yağlı yeməklər kimi — hazır Korn doqları kağız dəsmallarda qurutmaq lazımdır.
Ketçup, xardalla və ya müxtəlif souslarla servis etmək olar.
 

0 şərh