Toyuqlu fəsəli torbaları

Tərkibi:
3 stəkan süd
2 stəkan un
2 yumurta
qaymaq
50qr kərə yağı
toyuq filesi- 500qr
soğan
şəkər, duz
bitki yağı
hörüklü pendir və ya göy soğan

Hazırlanması :
Yumurtalar süddə çalınır. Əridilmiş kərə yağı əlavə edilib, yavaş-yavaş un qarışdırılaraq tökülür. 1ç.q. duz və şəkər əlavə olunur.
Fəsəlilər qaynar tavada qızardılır.

Soğanı qızartıb, xırda doğranmış toyuğu və duz əlavə edib,biraz qızardırıq. Toyuğun üzərinə qaymaq tökürük.
Hər bir fəsəlinin ortasına toyuq qoyuruq.
Torba şəklinə salınıb, ağzını pendir sapı və ya göy sağan ilə bağlanılır.

0 şərh